“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib

“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilibTəhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Növbəti belə tədbiri AQTA əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə Bərdə rayonunda keçiriblər.

AQTA-dan APA-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşmış Laçın rayonu Soyuqbulaq kənd sakini “bala Tofiq” ləqəbli 1975-ci il təvəllüdlü Qurbanov Tofiq İbrahim oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı vətandaşa məxsus həyətyanı sahədə mənşəyi məlum olmayan, insan istehlakı üçün istifadəyə yarasız və sümükdən ayırılmış vəziyyətdə satış üçün hazırlanmış təxmini çəkisi 255 kq ət aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı, ətin kəskin iyli olduğu məlum olub.

Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib

  • 15-10-2019, 10:54
  • 350


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI