Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib- Oğlundan açıqlama

Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib- Oğlundan açıqlamaHüquq müdafiəçisi Oqtay Gülalıyevi aparan ambulans təyyarə İstanbula çatıb.

Bu barədə APA-ya hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

Onun sözlərinə görə, atası artıq Avrasiya Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

O, bu gün səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb.

Oqtay Gülalıyev İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib- Oğlundan açıqlama

  • 6-11-2019, 15:34
  • 413


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Aslan Hüseynov faciəvi şəkildə ölüb - AÇIQLAMA
  3. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  4. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  5. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  6. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  7. Hərbi Prokurorluq məlumat yayıb
  8. Sabahın hava proqnozu açıqlandı
  9. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  10. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI