“GÜNAHI OLANLAR CƏZALANDIRILMALIDIR!” – Mətbuat Şurasının sədri prokurorluqdakı araşdırma haqda danışdı

522 31-05-2020, 12:45 cemiyyet

“GÜNAHI OLANLAR CƏZALANDIRILMALIDIR!” – Mətbuat Şurasının sədri prokurorluqdakı araşdırma haqda danışdıXəbər verildiyi kimi, jurnalistlər üçün nəzərdə tutulan binada mənzillərin ədalətsiz bölüşdürüldüyü haqda Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilir.

Müraciətə imza atan 31 media işçisinin ayrı-ayrı vaxtlarda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə (KQMİ) çağırıldığı, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun bölüşdürülməsi, fondun keçirdiyi müsabiqədə birinci yerlərin verilməsi, eləcədə jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verildiyi bildirilir.

Məsələ ilə bağlı "Criminal.az" saytına açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, əgər jurnalistlər hüquq-mühafizə orqanına müraciət ediblərsə, o da bu işin obyektiv araşdırlmasında maraqlıdır: "Mən jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki Fondun yaranmasında, jurnalistlərə mənzil verilməsi üçün binaların tikilməsində mənim də rolum olub. Ona görə istəyirəm ki, araşdırma aparılsın. Nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtakarlıq olmasından xəbərsizəm. Müraciət edən jurnalistlərdə faktlar varsa, KQMİ-də söyləyəcəklər. Nəticələr maraqlı olacaq".

Ə.Amaşov deyib ki, bu məsələlərdə kimlər qanunu pozubsa, cəzalandırılmalıdır: “Jurnalistlərə mənzil verilməsi, dünyanın heç bir yerində olmayan təşəbbüsdür. Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər Prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa, hüquqi qiymətini almalıdır".

“GÜNAHI OLANLAR CƏZALANDIRILMALIDIR!” – Mətbuat Şurasının sədri prokurorluqdakı araşdırma haqda danışdı

Media nüməyəndələrinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.

Xatırladaq ki, bir qrup jurnalistin ölkə başçısına müraciətində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və KİVDF –nin sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı ciddi ittihamlar irəli sürülüb.


XƏBƏR LENTİ