Mətbuat Şuras Operativ Qərargahla danışıqlar aparıb

Mətbuat Şuras Operativ Qərargahla danışıqlar aparıb"Azərbaycan Mətbuat Şurası əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlərə görə Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb”.

APA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimini sərtləşdirilib: “Bu müddətdə fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri də yer alıb. KİV-lərin tələb olunan əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hər bir KİV-in bu qaydaya əməl etməsi şərtdir. O da məlumdur ki, Azərbaycanda əmək müqaviləsi olmadan, xidməti müqavilə əsasında çalışan jurnalistlər var. Onlar müxtəlif KİV-lər üçün materiallar hazırlayır və bu yolla həyatlarını təmin edirlər. Ölkəmizdəki bütün növ KİV-lərdə bu hüquqi əsasla çalışan şəxslər var. Belələrinin də gündəlik işə gəlib-getməsi üçün zərurət yaranır. Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahla müvafiq danışıqlar aparıb. Ümüd edirik ki, məsələ tezliklə müsbət həllini tapacaq”.

Mətbuat Şuras Operativ Qərargahla danışıqlar aparıb

  • 22-06-2020, 15:11
  • 440


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI