Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə

Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görəTürkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.

Xeberdar.net məlumat verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, bu gün Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərilib:

“Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və halhazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhvəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhvə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhvə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza baş sağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik”.

Xeberdar.net

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə

  • 5-07-2020, 15:58
  • 495


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  2. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  3. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  4. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  5. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  6. Azərbaycanda oğul atanı bıçaqladı
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  9. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
  10. Sevgilisinin mənzilinə gedib qızını zorladı
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI