Vüqar Səfərliyə qarşı ağır ittiham - Sektor müdiri gizli bağ görüşündən sonra keçinib? - İDDİA

Vüqar Səfərliyə qarşı ağır ittiham - Sektor müdiri gizli bağ görüşündən sonra keçinib? - İDDİAKİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı yeni iddia ortaya atılıb.

Xeberdar.net Yenicag.az saytına istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Səfərliyə qarşı ağır ittiham irəli sürüb.

Həmin iddianı olduğu kimi təqdim edirik:

“2020-ci il may ayının 11-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri Mehman Talıbovla KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərli arasında gizli görüş olub. Görüş V.Səfərlinin bağ evində baş tutub.

Cəmi bir gün sonra, may ayının 12-də M.Talıbov qəfil vəfat edib.

Bu həmin vaxt idi ki, KİVDF-yə ayrılan pullar müzakirə olunurdu, V.Səfərlinin jurnalistlər binasındakı maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı məsələ gündəmin əsas vitrin mövzusuna çevrilmişdi.

Bu hadisədən bir ay sonra – iyun ayının 11-də açıqlandı ki, V.Səfərli dövlətə vurduğu maddi ziyanın 100 min manatını ödəyib.

Etibarlı mənbələr bildirir ki, V.Səfərlinin bağ evində baş tutan görüş M.Talıbovun ölümünə səbəb olub. Ehtimal olunur ki, V.Səfərli dövlətə vurduğu ziyanın ödənilməsini nazirliyin sektor müdirinin üzərinə yükləyib.

Hüquq-mühafizə orqanları məsələni araşdırmalıdır. KİVDF-ni mafiya qanunları ilə idarə edən V.Səfərlinin M.Talıbovu şantaj etdiyi və M.Talıbovun məhz bu səbəbdən qəfil vəfat etdiyi bildirilir”

Vüqar Səfərliyə qarşı ağır ittiham - Sektor müdiri gizli bağ görüşündən sonra keçinib? - İDDİA

  • 20-08-2020, 09:11
  • 781


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI