Rüşvət alan iki vəzifəli şəxs həbs edilib –RƏSMİ

Rüşvət alan iki vəzifəli şəxs həbs edilib –RƏSMİTəkmil torpaq bazarının formalaşdırılması və torpaq resurslarından səmərəli istifadə ölkə iqtisadiyyatının və aqrar sektorun dayanıqlılığını şərtləndirən əsas hədəflər sırasında olmaqla bu strateji sahə üzrə münasibətləri tənzimləyən dövlət siyasətində mütərəqqi və sistemli yanaşma tətbiq olunur.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən daxil olan birgə məlumatda deyilir ki, bəzi hallarda ayrı-ayrı vəzifəli şəxslər tərəfindən qeyd edilən sahədə vətəndaşlarla dövlət arasında olan nizamlı ictimai münasibətlərə qəsd edən qanunsuz hərəkətlərə də təsadüf olunur ki, belə halların aşkara çıxarılaraq kəsərli təsir tədbirlərinin görülməsi istiqamətində Azərbaycan Respublikasının prokurorluq orqanlarının intensiv fəaliyyəti davam etdirilir.

Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində 02 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu həmin şöbənin inzibati binasında qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Rüşvət alan iki vəzifəli şəxs həbs edilib –RƏSMİ

  • 4-09-2020, 14:00
  • 605


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  2. Xəstəxana direktoru rüşvət alarkən saxlanılıb
  3. "Veysəloğlu" şefinə AĞIR İFADƏLƏR... - "Sənin kimilərdən Hacı Zeynalabdin olmadı..."
  4. İki uşaq anası özünü binadan atdı
  5. İki azərbaycanlıya 32 il HƏBS CƏZASI: Basqın, qarət və ...
  6. Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
  7. Ərdoğandan Zəngəzur dəhlizi AÇIQLAMASI
  8. Bərdədə hamilə qadın doğuşda ÖLDÜ
  9. Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
  10. Hollivud ulduzu operatoru öldürdü, rejissoru yaraladı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI