E-ticarət mövzusunda onlayn qaydada keçiriləcək təlimlərə start verildi

672 1-09-2020, 23:48 cemiyyet

E-ticarət mövzusunda onlayn qaydada  keçiriləcək təlimlərə start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi 2020-ci il 1-ci qrant müsabiqəsinin qaliblərindən olan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Məcburi köçkünlər arasında sahibkarlığın təşviqi” layihəsi çərçivəsində "E-ticarət" mövzusunda onlayn qaydada keçiriləcək təlimlərə start verildi.
Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Taleh Əliyev layihənin maliyyələşməsinə dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkür edərək layihənin məqsəd və vəzifələri haqqında onlayn təlim iştirakçılarına məlumat verdikdən sonra sözü layihənin eksperti iqtisadçı Rəşad Həsənova verdi. Ekspert Rəşad Həsənov ilk təlimdə icra planına uyğun olaraq e-ticarət haqqında təqdimatla çıxış etdikdən sonra mövzu ətrafında müzakirələr aparıldı.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində "E-ticarət" haqqında 7 mövzuda 15 onlayn təlim zoom proqramı vasitəsilə keçriləcəkdir. Təlimin mövzuları və hər təlimə ayrılacaq vaxt aşağıdakı kimi olacaqdır.
1. E- ticarət nədir? – 2 təlim,
2. E- ticarət haqqında Azərbaycan Respublikasının qanunu; – 1 təlim
3. Beynəlxalq E- ticarət platformaları; – 4 təlim
4. Azərbaycanda fəaliyyət göstərən E- ticarət platformaları; – 2 təlim
5. Azərbaycanın milli E- ticarət platformaları; – 1 təlim
6. E- ticarət platformalarına necə qoşulub pul qazanmaq olar? – 4 təlim
7. E- ticarət biznesinizin böyüdülməsində sosial medianın rolu; – 1 təlim


XƏBƏR LENTİ