Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO

460 15-10-2020, 13:15 bolge

Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO


Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO
Oxu.Az Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu istiqamətinə atdığı “Toçka-U” tipli operativ taktiki raketin görüntülərini əldə edib.

Cəbhə xəttinə ezam olunmuş müxbirimizin məlumatına görə, Azərbaycanın Hərbi Hava Qüvvələri həmin raketi göydə zərərsizləşdiriblər.

Görüntülərdən aydın olur ki, Hərbi Hava Qüvvələri raketin döyüş başlığını zərərsizlədiriblər və qalan hissəsi yaşayış məntəqəsinin bir neçə yüz metrliyində yerə düşüb.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri yenə də Azərbaycanın yaşayış məntəqələrini hədəf seçib. Raketin düşdüyü yerdə Azərbaycana məxsus hərbi obyekt, texnika, o cümlədən, şəxsi heyət yoxdur.

XƏBƏR LENTİ