Düşmən tərəfi Şuşanı itirdiyini etiraf etdi

554 9-11-2020, 13:12 bolge

Düşmən tərəfi Şuşanı itirdiyini etiraf etdi
Özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.

Xəbərdar.net-in "news.am"a istinadən məlumatına görə, həmin hesabdan edilən paylaşımda qeyd edilib ki, guya qondarma "prezident" Xankəndidəki əsgərləri ziyarət edib. Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir. Bununla da Araik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.

Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.

Bununla da "saxta prezident" eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyini və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığını da etiraf etmiş olub. Düşmən tərəfi Xankəndinin işğalda saxlanılması üçün 80 yaşlı veteranların ümidinə qalıb.

XƏBƏR LENTİ