ZƏNGİLAN İSTİQAMƏTİNDƏ DÖVLƏT SƏRHƏDİMİZ BƏRPA EDİLİR - Strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamları sökülür

476 17-12-2020, 17:17 cemiyyet

ZƏNGİLAN İSTİQAMƏTİNDƏ DÖVLƏT SƏRHƏDİMİZ BƏRPA EDİLİR - Strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamları sökülürKapan şəhərinin meri Qevorq Parsyan Ermənistan və Azərbaycanın dövlət sərhədi bölgəsindəki strateji yüksəkliklərdə erməni ordusunun müdafiə istehkamlarının sökülməsinə başladığını açıqlayıb.

"Sputinik Ermənistan" xəbər verir ki, o, obyektlərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini deyib.

"Müdafiə Nazirliyinin könüllülərinə təchiz olunmuş mövqelərindən uzaqlaşaraq Sovet sərhədlərinə getmələri bildirilib. Azərbaycan Silahlı Qüvvələri yaşayış massivimizdən 1 km, hava limanından 200-300 metr məsafədə olacaq", - Parsyan əlavə edib.

Erməni telegram-kanallarının məlumatına görə, sabah saat 17:00-a qədər Kapan ətrafındakı bütün yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Qeyd edək ki, bu yüksəkliklər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda Azərbaycanın Zəngilan bölgəsi ərazisindədir.

XƏBƏR LENTİ