MN: Bu günə qədər 2802 nəfər şəhid hərbi qulluqçumuz dəfn edilib.

643 21-12-2020, 17:44 cemiyyet

MN: Bu günə qədər 2802 nəfər şəhid  hərbi qulluqçumuz dəfn edilib.

Müdafiə Nazirliyi şəhid olmuş hərbi qulluqçularla bağlı açıqlama yaydı.

Müdafiə Nazirliyinden bildirildi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.
Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Şəhid hərbi qulluqçularımızın siyahısı

XƏBƏR LENTİ