"Rusiya Ermənistanda baş verən hadisələrə respublikanın daxili işi kimi baxır".
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla telefon danışığı zamanı deyib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ayvazyan Ermənistanda hadisələrin inkişafı barədə məlumat verib.
Lavrov, Moskvanın vəziyyətin sülh yolu ilə həll olunacağını gözlədiyini vurğulayıb./"AzPolitika.info"