Güclü qar fırtınası ABŞ-ı bürüyüb: 200 milyon insana təsir edib

54 26-01-2026, 15:04 dunya

Güclü qar fırtınası ABŞ-ı bürüyüb: 200 milyon insana təsir edib900 mindən çox ev təsərrüfatı elektriksiz qalıb: 23 ştatda fövqəladə vəziyyət elan edilib

ABŞ-ı bürüyən güclü qar fırtınası 200 milyon insana təsir edib. Bu barədə “ABC News” məlumat yayıb.

Milli Hava Xidmətinin məlumatına görə, ölkə daxilində Nyu-Meksikodan Şərq Sahilindəki Yeni İngiltərə bölgəsinə qədər güclü qar yağışı baş verib. Bəzi ərazilərdə təxminən 40 sm qar yağıb.

“PowerOutage” monitorinq resursuna görə, 900 mindən çox ev təsərrüfatı elektriksiz qalıb. Kəskin hava şəraiti nəticəsində ən azı yeddi nəfər, o cümlədən Luiziana ştatında hipotermiyadan iki ölüm hadisəsi baş verib.

Qar yağışı həmçinin ABŞ daxilində nəqliyyata ciddi şəkildə mane olub. Həftəsonu ərzində 15.000-dən çox uçuş ləğv edilib və bəzi ərazilərdə bərə xidməti dayandırılıb.

23 ştatda fövqəladə vəziyyət elan edilib.

ABŞ Prezidenti Donald Tramp cümə günü bildirib ki, ölkənin təcili yardım xidmətləri gözlənilən rekord həddə çatan soyuq və qar fırtınalarına hazırdır.

XƏBƏR LENTİ