Salyanda sökülən obyekt Nağdəliyevin oğlunun imiş – Özəl

913 23-03-2021, 11:09 cemiyyet / gundem

Salyanda sökülən obyekt Nağdəliyevin oğlunun imiş – Özəl












Bir müddət əvvəl Salyan ərazisində sökülən obyektlərdən birinin hansı məmur övladına məxsus olduğu üzə çıxıb. Reportyor.info-nun əldə etdiyi məlumata görə, Bakı-Ələt-Astara yolunun Salyana düşən ərazisində sökülən yanacaqdoldurma məntəqəsi Prezidentin köməkçisi Zeynal Nağdəliyevin oğlunun adına çıxarılıb.

İddialara görə, həmin YDM Nağdəliyevin oğluna aid imiş və obyektlərin yerləşdiyi torpaq sənədi qanunsuz olduğu üçün sökülüb. Lakin oğlanlarından hansının – Hikmət, yoxsa Nemət Nağdəliyevin olduğu açıqlanmır. Bununla bağlı iki ay öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sənədi qanunsuz olub. Buna görə də magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları və yanacaqdoldurma məntəqəsinin iş fəaliyyəti dayandırılıb.

Məlumata görə Salyan rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Teyyub Hüseynov vaxtilə həmin obyektlərin tikintisinə rəy verib. Amma maraqlıdır ki, obyektlər sökülüb.

Qeyd edək ki, bir müddət əvvəl Nağdəliyevin oğlu öz ortağını məhkəməyə vermişdi. Söhbət ölkənin daxili bazarı üçün taxıl və qarğıdalı yetişdirilməsiylə məşğul olan “Region Agro” MMC-dən gedir. H.Nağdəliyev “Region Agro” MMC-nin təsisçilərindən Arif Məmmədova qarşı iddia qaldırmışdı.

Onun tələbi də bu idi ki, A.Məmmədovun 50 faizlik payı onun adına keçirilsin. Bir müddət əvəvl isə xəbər yayılmışdı ki, Nemət Nağdəliyevin avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.

XƏBƏR LENTİ