Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu - VİDEO

Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu - VİDEOErmənilərin yaşadıqları yerdən asılı olmayaraq nankor və ləyaqətsiz əməllərinə zaman-zaman rast gəlirik.

Xeberdar.net məlumat verir ki, bu barədə Baku TV-nin Gürcüstan bürosunun hazırladığı məlumatda qeyd olunub.

Qonşu Gürcüstanda doğulub böyüyən Jozef Kaşanyan sosial şəbəkədə paylaşdığı videoda azərbaycanlıları təhqir edib.

Əməkdaşlarımız erməni tibb işçisinin çalışdığı Qafqaz Tibb Mərkəzinə yollanaraq onun bu addımını yerindəcə araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze Jozef Kaşanyan tərəfindən edilən hörmətsizliyin qəbuledilməz olduğunu bildirib.

Natia Nutsibidze eyni zamanda nizam-intizam komitəsində Jozef Kaşanyan barəsində qərarın verilməsi ilə bağlı müzakirələrin davam etdiyini də qeyd edib.

Baku TV olaraq yenidən Qafqaz Tibb Mərkəzinə üz tutduq.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bizə yazılı formada bildirdi ki, rəhbərlik tərəfindən ciddi töhmət alan Jozef Kaşanyan işdən azad olunub.

Sosial şəbəkələrdə azərbaycanlıları təhqir edən Jozef Kaşanyan insanlıqdan uzaq olduğu kimi, artıq həkim olmaq istəyindən də uzaq qalmalı olacaq.


Azərbaycanlıları təhqir edən erməni işdən qovuldu - VİDEO

  • 24-03-2021, 18:02
  • 1 248


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI