Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurdu

878 3-06-2021, 08:12 hadise

Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurduBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./Pravda.az

XƏBƏR LENTİ