Ramiz Mehdiyev koronavirusa yoluxub?- Vəziyyətinin ağır olduğu xəbəri yayıldı (Yenilənib)

1 227 4-06-2021, 11:58 hadise

Ramiz Mehdiyev koronavirusa yoluxub?- Vəziyyətinin ağır olduğu xəbəri yayıldı (Yenilənib)Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”, - məlumatda qeyd edilib.

***

AMEA prezidenti Ramiz Mehdiyev koronavirusa yoluxub. Bu barədə Demokrat.az-a AMEA-dan məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyev 1 həftədir ki, koronavirusa yoluxub və müalicə alır. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün AMEA ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

XƏBƏR LENTİ