QORXMAZ HÜSEYNOVUN KÜRƏKƏNİ İŞDƏN ÇIXARILDI - Rəhbərliklə mübahisə edib

QORXMAZ HÜSEYNOVUN KÜRƏKƏNİ İŞDƏN ÇIXARILDI - Rəhbərliklə mübahisə edib"Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri, icra başçısının oğlu Turan Həsənzadə işdən çıxıb. Musavat.com xəbər verir ki, bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.

Əldə etdiyimiz məlumata görə Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yaranıb. Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb. Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.

Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku"nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.

QORXMAZ HÜSEYNOVUN KÜRƏKƏNİ İŞDƏN ÇIXARILDI - Rəhbərliklə mübahisə edib

  • 13-06-2021, 15:02
  • 288


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  3. 14 gün bu metodu etsəniz, virus məhv olar - Türk professordan açıqlama
  4. Temperatur kəskin enir: 2 DEKABRADƏK... - XƏBƏRDARLIQ
  5. “Yaxt klub”da oğurluq olub
  6. Neft yenidən bahalaşıb
  7. Bakıda 15 yaşlı yeniyetmə vəfat etdi
  8. Jurnalistlər Eldəniz Səlimovun məhkəməsinə buraxılmadı
  9. “AzerGold” şefi Zakir İbrahimovun QIZIL KİMİ OĞLU… – NƏ İŞLƏR ÇEVİRİR… FOTO
  10. Nazir müavinləri təbiətin QƏNİMİNƏ ÇEVRİLİB - FAKT BUDUR!
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI