ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”

522 16-07-2021, 11:29 siyaset / dunya

ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması böyük ölçüdə başa çatdırılıb.11 sentyabr terror aktının 20-ci ildönümündə orada qalan əsgərlərin hamısının çıxarılacağı gözlənilir. Lakin ABŞ və NATO-nun Əfqanıstan avantürasının bitdiyi bir vaxtda, bu ölkə xaosa qərq olub”.

Bu fikirlər Türkiyənin “Hürriyet” qəzetində dərc olunan məqalədə yer alıb.

“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir:

İyirmi il geriyəmi dönürük?

“Taliban” hərəkatı artıq iki ay ərzində ölkənin dörddə bir hissəsini zəbt edib.Əfqanıstan hökumət qüvvələri döyüşsüz geri çəkiliblər və bir çox kənd rayonları taliblərin nəzarəti altına keçib. Hətta amerikalılar paytaxt Kabilin yaxın zamanda “Taliban”ın əlinə keçəcəyini şərh etməyə başlayıblar. Sanki Əfqanıstanda zaman bir anlığına iyirmi il geriyə döndürülüb.

ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”

ABŞ 2001-ci il 11 sentyabr terror aktından sonra Əfqanıstana qoşun yeritməyə qərar verəndə, qarşısına qoyduğu iki məqsəddən danışılırdı.

Birincisi, “Taliban”ı hakimiyyətdən uzaqlaşdırmaqdı, ikincisi isə 11 sentyabr terror aktını törətmiş qlobal təhlükə sayılan “Əl Qaidənin” tamamilə məhv etməkdi.

İimperiyaların qəbirsanlığı


2019-cu ilin məlumatına görə, ABŞ bu hədəfləri həyata keçirməkdən ötrü, 776 milyard dollar xərcləyib. Bu illər ərzində amerikalılar 3500 nəfər canlı qüvvə itiriblər və 33.000 dinc sakin müharibənin qurbanı olub. İndi ABŞ çıxıb gedir, ancaq “Taliban” daha da güclənib. Bu terror təşkilatının böyüməsinin zaman məsələsi olduğu söylənilir.
ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”
Məlumdur ki, Əfqanıstan “imperiyaların qəbirsanlığı”-dır. On il davam edən qanlı müdaxilədən sonra 1989-cu ildə rusları öz ölkələrinə geri yollayan Əfqanıstan, bu dəfə ABŞ-ı çıxmağa məcbur edib. Əfqanıstan müxtəlif etnik qrupların hakim elitası tərəfindən nəzarət olunan və kənd təsərrüfatı hesabına yaşamağa çalışan yoxsul bir ölkədir. Bu ölkə xaşxaş əkini və narkotik qaçaqmalçılığının mənbəyidir. Bütün bunlarla yanaşı Əfqanıstan Asiyanın mərkəzində yerləşdiyi üçün geostrateji diqqətləri özünə doğru çəkir.

Bayden tənqidlərə məruz qalır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hər hansı sülh müqaviləsi bağlanmasını gözləmədən “Taliban”la anlaşaraq Əfqanıstandan çıxmaq barədə qərar qəbul etmişdi.

Prezident Co Bayden bu sövdələşməyə sadiq qalsa da, qoşunların çıxması vaxtını may ayından 11 sentyabra keçirib. İndi Amerika mətbuatında Baydenin naşıcasına gediş edərək Çinin və Rusiyanın arxa baxçasında yerləşən bu ölkədən tələsik çəkilməsini tənqid edirlər. Bu məsələdə Pentaqonun da etirazları var. Amma Baydenin fikri belədir: Əfqanıstanın gələcəyini əfqan xalqı müəyyən edir.


Qadağalar gerimi qayıdacaq?

1990-cı illərin ikinci yarısı “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirmişdi. İnformasiya agentlikləri hər gün ölkədəki yeni qadağalar barəsində məlumatar verirdi. Burada söhbət saqqalın qırxılmasına, musiqiyə qulaq asılmasına, nəğmə oxunmasına, havaya çərpələng buraxılmasına, qızların məktəbə getməsinə, qadınların işləməsinə qoyulan qadağalardan gedir. Gələn məlumatlara görə “Taliban”ın nəzarətində olan rayonlarda bəzi qadağalar yenidən tətbiq edilməyə başlayıb.
ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”
ABŞ-ın işğalı zamanı ən azından qadın hüququ yaxşılaşmışdı. Hazrda Əqfanıstan parlamentinin üçdə birini qadınlar təşkil edir.

Əfqanıstandakı 9,7 milyon şagirdin 42 faizi qızdır. Fransanın “AFP” agentliyinin məlumatına görə keçən ilin sentyabrından indiyədək KİV əməkdaşı, hakim və ya ictimai fəal olan 180 qadın öldürülüb. Əlbəttə, əfqan qadınları özlərini ABŞ tərəfindən taleyin hökmünə buraxılmış kimi hiss edirlər. Onalr hər şeyin əvvəlki kimi olacağından qorxurlar.

Cavabsız suallar.

Əfqanıstandan geri çəkilmək qərarına gələn ABŞ sanki bu ölkəyə tüstülü qumbara atıb. “Taliban” və Kabil administrasiyası razılığa gələ biləcəklərmi? Görəsən, “Taliban” beynəlxalq ictimaiyyətin onları tanımasını seçəcək və ya izolyasiyada qalmaq üçün radikalizmdə israr edəcək?

Bütün baş verənlər Pakistan, Hindistan və İran kimi regional dövlətlərə necə təsir göstərəcək? ABŞ tərəfindən buraxılmış boşluğu Çin və Rusiya kimi böyük dövlətlər dolduracaqlarmı? Əfqan gücləriylə yaxşı əlaqələrə malik olan Türkiyəyə oradakı çalxantılar necə təsir edəcək?
ƏFQANISTANI NƏ GÖZLƏYİR? - “ABŞ geri çəkilərkən “Taliban” irəliləyir”
Türkiyəni gözləyən nəticələr

Türkiyənin baxışına görə Əfqanıstanla bağlı iki mühüm məsələ var. Birincisi, Həmid Kərzayi adına Kabil aerportunun qorunması və istifadəsiylə əlaqədar Türkiyə ABŞ-la anlaşa biləcəkmi? Bu çətin və müərəkkəb missiyanı yerinə yetirmək üçün Türkiyə maddi-texniki, siyasi və maliyyə dəstəyi tələb edir.

Digər yandan isə Türkiyə Kabil və “Taliban”ın dəstəyini ala biləcəkmi?

İkinci məsələ: Əfqanıstandakı xaos Türkiyəni yeni qaçqın dalağası ilə üz-üzə qoyarmı?
Xeberdar.net

XƏBƏR LENTİ