Türkiyədə sel qurbanlarının sayı 58 nəfərə çatıb - 154 nəfər itkin düşüb

631 15-08-2021, 09:30 hadise / dunya

Türkiyədə sel qurbanlarının sayı 58 nəfərə çatıb - 154 nəfər itkin düşübTürkiyədə sel fəlakətindən ölənlərin sayı 58 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, fəlakət bölgəsində Kastamonuda 48, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib.

Sel qurbanlarının 15-nin kimliyi hələ bilinmir.

Nazir fəlakət nəticəsində Kastamonuda 62, Sinopda 15 olmaqla, ümumilikdə 77 nəfərin itkin düşdüyünü qeyd edib.

XƏBƏR LENTİ