VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ

604 30-08-2021, 22:42 cemiyyet


VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
Vətən müharibəsi zamanı itkin düşən və hələ də nəşi tapılmayan 7 hərbçimiz:
Gizir İlqar İxtiyaroğlu sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin gündən sonra hərbçimizdən xəbər yoxdur.

Leytenant Vəlizadə İbrahim Səməd oğlu 1998-ci ildə Naxçıvanın Şərur rayonunda anadan olub. Sonuncu dəfə ailəsi ilə sentyabrın 26-da əlaqə saxlayıb. Onun sonuncu dəfə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdiyi bildirilir.

İtkin düşən MAXE-əsgər Mehdiyev Asim Yaqub oğlu 2001-ci il təvəllüdlüdür. Məlumata görə, sonuncu dəfə oktyabrın 7-si Xocavənd istiqamətində döyüşlərdə iştirak edəndən sonra ailəsi ilə əlaqəsi kəsilib. Həmin tarixdən bu yana Asimdən xəbər yoxdur.

1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğlu müharibəyə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir.

1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu Şəkinin Baş Göynük kəndindəndir. Sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonradan əsgərdən xəbər alınmayıb.

Əsgər Qədirli Elnur Rəcəb oğlu 1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

Əsgər Feyzullayev Aydın Zakir oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ
VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN OĞULLARIMIZ

© qafqazinfo

XƏBƏR LENTİ