Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”

1 462 19-10-2021, 08:52 siyaset / gundem

Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”“Qılınc və qələm” rublikasının növbəti qonağı, Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Taleh Əliyev 10 yanvar 1976-cı ildə Ağdam rayonunun Poladlı kəndində anadan olub. 1983-1992-ci illərdə Ağdam rayonunun Şelli-Qaradağlı kənd orta məktəbində oxuyub, Poladlı kəndi müharibə bölgəsində yerləşdiyinə görə 1992-1993-cü tədris ilində Ağdam rayon Təhsil Şöbəsinin qərarı ilə Şelli-Qaradağlı kənd orta məktəbi bağlanıb və Taleh Əliyev orta təhsilini Ağdam rayonunun Quzanlı kənd orta məktəbində başa vurub. Orta məktəbi bitirdikdən sonra 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya (BSİPİ) İnistitutunda politoloq ixtisası üzrə ali təhsil alıb.

1999-2000-ci illərdə zabit kimi Naxçıvan MR-də yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Xidmətdə olduğu dövrdə növbəti hərbi rütbəni – baş leytenant rütbəsini alıb və bölük komandirinin müavini vəzifəsindən “N” saylı hərbi hissənin Tərbiyəvi İşlər Bölməsinin təlimatçısı vəzifəsinə irəli çəkilib.

Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimayi Birliyinin sədri və Ümid Partiyası İcra Aparatının rəhbəridir.

2020-ci il 21 sentyabrdan 29 dekabra qədər qədər hərbi xidmətdə olub. 29 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
Əvvəlcə soruşmaq istərdim ki, Qarabağ münaqişəsi sizin həyatınızda hansı izləri buraxıb?

– Ağdam rayonunun Poladlı kəndindən məcburi köçkün düşəndə mənim 17 yaşım vardı, 11-ci sinifdə oxuyurdum. 1992-ci ildən Ağdam rayon Təhsil Şöbəsinin qərarı ilə məktəbimiz bağlandığı üçün mən 11-ci sinifi Ağdam rayonunun Quzanlı kənd orta məktəbində bitirdim və elə həmin ildə də Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinə qəbul oldum. O illər həqiqətən çox çətin illər idi. Məcburi köçkünlük və kasıblıq, tələbəlik həyatımı daha çətinləşdirdi. Amma ixtisasıma olan böyük marağım bütün çətinliklərimə sinə gəlməkdə mənə ən böyük mənəvi dəstək idi. Hər il yay tətilində tələbə dostlarım öz doğma rayonlarına gedərkən, mən ailəmin məskunlaşdığı Yevlax rayonunun Aran qəsəbəsinə üz tuturdum. Tələbəlik dövründə hər il yay tətili gələndə mən yenidən köçkünlük həyatı yaşayırdım. Sonralar isə köçkünlükdə dünyasını dəyişən doğmalarımızın məzarlarını ziyarətə getdikdə illlərlə və on illlərlə məzarını ziyarət edə bilmədiyim atamın məzarı gözlərim önündə çanlanırdı. II Qarabağ savaşından sonra ilk dəfə hələ xidmətdə olarkən Ağdama gedəndə bir dəstə gül aldım ki, atamın məzarını ziyarət edim. Qismətdən həmin günü Ağdama İtaliyalı qonaqlar gəlmişdi məcbur qalıb geriyə döndüm. Yaxşı ki, döndüm. Sonra Ağdama ağdamlılar ilk dəfə səfər edəndə məlum oldu ki, ermənilər Ağdamın Qarağacı qəbiristanlığını dağıdıb yerində taxıl əkirmişlər. Beləcə, mənim atamın məzarını ziyarət etmək arzum bir ömürlük ürəyimdə nisgil qalacaq. Qarabağ münaqişəsinin mənim həyatımda qoyduğu silinməz yara budur. Qalan şeylər isə zaman-zaman öz yerini tapacaq.
Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
Vətən müharibəsinə getməyiniz necə oldu? Səfərbərlik Xidməti sizi çağırdı, yoxsa…?

– II Qarabağ savaşına hərbçi olaraq qatılan hər kəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırıb. Orduya ehtiyac duyulan sayda və ehtiyac olan hərbi ixtisaslar üzrə bir nömrəli çağırışçı kimi qeydiyyatda olan şəxslər xidmətə cəlb olunub. Kimsə özünü könüllü adlandırırsa, olsun! Bu da onu yanaşmasıdır. Mən bir söz deyə bilmərəm. Amma rəsmi olan mənim dediklərimdir. Elə olmasaydı, sizdə bilirsiniz ki, minlərlə şəxs müharibə başladıqdan sonra Səfərbərlik Xidmətinə gedərək müharibədə iştirak etmək istədiyini bildirsə də, onları xidmətə cəlb etmədilər. Sadəcə olaraq onların müraciəti qeydə alındı. Amma həqiqətən də xalqımızın II Qarabağ savaşında nümayiş etdirdiyi birlik və əzmkarlıq döyüşən ordumuza böyük mənəvi psixoloji dəstək oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin!

– Bu müharibə xatirənizdə hansı izlərlə qaldı?

– II Qarabağ savaşı göz yaşları ilə xatirəmdə dərin iz buraxdı. Bu göz yaşları işğaldan azad olunan kənd və şəhərlərimiz üçün axıdılan sevic yaşları ilə yanaşı, həm də vətən övladlarının vətən uğrunda qəhrəmancasına şəhid olmaları xəbərlərini eşitdikcə axıdılan kədər göz yaşları idi. Bu müharibə yuxarıda da qeyd etdiyim kimi xalqımızın bir yumruq kimi ordumuz ətrafında səfərbər olunması ilə xatirəmdə qaldı. Müharibə başladıqdan sonra hərbi tapşırıqların icrası ilə əlaqədar olduğumuz yaşayış məntəqələrimizdə xalqımızın rəftarı bir hərbçi kimi məni utandırırdı. Bilirsiniz niyə?! Şəxsi və xidməti ehtiyacımızla bağlı nə isə almaq istəyəndə bizdən pul götürülmürdü ki, sizə canımız da qurbandır. Biz isə həqiqətən bu mənzərədən nə qədər qürurlansaq da, amma alış-veriş etməyə utanırdıq. Ona görə sizin verdiyiniz fürsətdən istifadə edib uca millətimə II Qarabağ savaşında nümayiş etdirdiyi bu qürurverici hərəkətlərinə görə bir daha öz minnətdarlığımı bildirirəm.
Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
Qələbə xəbərini harada aldınız və ilk reaksiyanız necə oldu?

– Oktyabrın elə ilk günlərindən qələbə xəbərlərini alırdıq. Bu da Silahlı Qüvvələrimizin bütün şəxsi heyəti kimi bizim də mənəvi-psixoloji əhval- ruhiyyəmizə çox müsbət təsir edirdi. Tərbiyəvi işlər üzrə komandir müavini kimi hər gün eşitdiyimiz yeni-yeni torpaqlarımızın işğaldan azad olma xəbərləri şəxsi heyətlə mənəvi psixoloji mövzuda iş aparmaqda bizə böyük avantajlar qazandırırdı. O ki, qaldı noyabrın 9-dan 10-a keçən gecə II Qarbağ savaşının bitməsi haqqında üçtərəfli atəşkəs haqqında bəyanatın qəbul olunması xəbərini gecə saat 3-də zabit həmkarım mənə telefonla zəng edərək dedi. 9 noyabrda sonuncu dəfə artileriya briqadamızın divizionları üçün 1000-dən çox artileriya mərmisi gətirən maşın karvanına mən cavabdeh şəxs təyin olmuşdum. Həmin zəngdən sonra isə səhərə qədər demək olar ki, bizim toplaşma məntəqəsində olan bütün şəxsi heyət oyaq qaldı. Bu xəbəri komandir heyətinin telefonları ilə öz ailələrinə çatdırdılar.

– Bəllidir ki, siz hansısa bir istiqamətdə olmusuz. Bəs digər istiqamətlərdə baş verənlərlə bağlı xəbərləri hardan alırdız?

– Bizim artilleriya briqadasının divizionları cəbhənin bütün istiqamətlərində öz döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə, bizim cəbhənin bütün istiqamətlərində baş verən proseslərdən dərhal məlumatımız olurdu. Hər gün divizionlardan bizim yanımıza və bizim yanımızdan da divizionlara müxtəlif təyinatlı gediş-gəliş olurdu. Mən özüm də dəfələrlə mərmi dolu maşınlarla toplarımızın və digər artileriya qurğularımızın olduğu döyüş mövqelərinə getmişəm.
Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
-Sizcə, media müharibə zamanı öz vəzifəsini hansı səviyyədə yerinə yetirdi?

– Mənim düşüncəmə görə, II Qarabağ savaşında xalqımızın bir yumruq kimi birləşməsində mediamızın da, vətəndaş cəmiyyəti institutlarının da, siyasi partiyaların da çox müsbət rolu oldu. Xalq öz ziyalısına, öndə gedən insanlarına baxaraq dərhal səfərbər olunmağı bacardı. Ona görə bayaq xalqımıza ünvanladığım təşəkkürü, həm də ünvanlı olaraq bu savaşda yorulmadan və usanmadan gecəsini gündüzünə qataraq döyüşən, ordumuzla həmrəylik nümayiş etdirən mediamıza da, vətəndaş cəmiyyəti institutlarına da və siyasi partiyalara da təşəkkür edirəm. Əmin olun ki, bu qələbədə sizing də payınız var. İllər ötəcək sizlərin də xidmətləri unudulmayacaq. O cümlədən, bu savaşda yanımızda olan türk mediasına öz dərin təşəkkürümü bildirirəm. Həm də onların xidmətləri sayəsində beynəlxalq ictimaiyyət II Qarabağ savaşından daha dolğun məlumatlar əldə etdilər.

– Sosial medianın savaş zamanı müsbət və ya mənfi cəhətləri hansılardı?


– Sosial media dedikdə, öncə biz qəbul etməliyik ki, sosial media onlayn bir məkandır. Burada dostlarımız olduğu kimi düşmənlərimiz də var. II Qarabağ savaşını dönəmində dostlarımız dostluğunu göstərəndə düşmənlərimiz də dümənliklərini nümayiş etdirirdilər. Həmin dönəmdə sosial media platformalarında Azərbaycan sevgisini ortaya qoyan hər kəsə də təşəkkür edirəm!

XƏBƏR LENTİ