"Üçtərəfli bəyanatın yerinə yetirilməsi regionda əməkdaşlıq üçün çox mühümdür" - XİN rəsmisi

"Üçtərəfli bəyanatın yerinə yetirilməsi regionda əməkdaşlıq üçün çox mühümdür" - XİN rəsmisi"Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi regionda təhlükəsizlik və əməkdaşlıq üçün çox mühümdür. Azərbaycan və Rusiyanın bu məsələdə maraqları üst-üstə düşür".

"Report" xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında söyləyib.

Rusiya-Azərbaycan Ekspert Şurasının iclasının ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyindən əminliyini ifadə edən Elşad İskəndərov deyib: “Regiondakı yeni reallıq yeni yanaşmalar tələb edir. Cənubi Qafqazın inkişaf edən regiona çevrilməsi bizdən asılıdır. Nəqliyyat və kommunikasiya şəbəkəsinin qurulması Avropa və Asiya ilə körpünün yaradılmasında çox əhəmiyyətlidir və bu da maraqlı tərəflərin iqtisadiyyatına, inkişafına mühüm töhfə verəcək”.

O həmçinin bildirib ki, Azərbaycan-Rusiya əlaqələri iki ölkə lideri arasındakı qarşılıqlı etimada və dostluq münasibətlərinə əsaslanır.

"Üçtərəfli bəyanatın yerinə yetirilməsi regionda əməkdaşlıq üçün çox mühümdür" - XİN rəsmisi

  • 19-11-2021, 11:49
  • 213


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai polisindən narazılıq- Hadisə araşdırılmır
  2. Elşad Baratın şəhidlərə yazdığı kitab çap olundu - "Ölümsüzlər"
  3. Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi
  4. Almaniyada koronavirus infeksiyası ilə bağlı vəziyyət son dərəcə ciddiləşib
  5. Yardımlı şəhər küçələrinin İlham Rzayev problemi…
  6. Azərbaycan nefti ucuzlaşdı
  7. Nərimanov rayonunda ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi keçirilib
  8. Bakıda ödəmə terminalı oğurlandı: İçində külli miqdarda pul olub
  9. Atasını 40 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
  10. "DELTA”dan 15 DƏFƏ TƏHLÜKƏLİ... - İndi də “Omikron” dünyanı təhdid edir
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI