Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi

Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi

Bəlkə də xəbəriniz yoxdur, dünyanın bir çox ölkələrində olduğu kimi, Rostov vilayətində yaşayan soydaşlarımız da əzab-əziyyətlə çörək pulu qazanır, ailə-uşaqlarını saxlamağa çalışırlar. Burda Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri, ehtiyatda olan polis zabiti Vaqif Mustafayevdir. Vaqif müəllimi şəxsən tanımasam da, 2020-ci il martın 17-də Rostov-don şəhərində qarşılaşdım. Öyrəndim ki, ömür-gün yoldaşı milliyyətcə ermənidir. Mənim kiminsə şəxsi həyatına qarışmaq fikrim yoxdur. Ancaq əminəm ki, Vaqif müəllimin yaşadığı mənzildə ömür-gün yoldaşı söz sahibidir. Martın 17-də Rostov vilayətində keçirilən Novruz şənlikləri zamanı Vaqif müəllimin qızının milli geyimdə səhnədə görünməsi nə qədər xoş idisə, paltarı bəzəyən və ermənilərə məxsus xaç işarəsi əhvalımızı tamam korladı. Biz o zaman bayram tədbirində qarışıqlıq yaranmasın deyə bu faktı sükutla qarşıladıq, tədbirdən az sonra orda olan diaspor fəallarını məlumatlandırdıq.
Dəyərli dostlar, mən üzümü Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova tutub deyirəm: Rostov vilayətinin Aksay rayonunda yaşayan azərbaycanlı sahibkar xanım Leyla Əhmədova kimi zəhmətkeş, vətənpərvər və işgüzar xanım Azərbaycanı təmsil etməyə layiqdir.
Düşünün, cənablar, düşünün...
Hörmətlə,
Şamil Sabiroğlu,
"medonline.az" saytının baş redaktoru,
müharibə veteranı, jurnalist.
Bakı

Rusiyanın Rastov vilayətində Diaspor təşkilatına kimlər rəhbərlik edir?-Təşkilatda erməni izi

  • 26-11-2021, 11:39
  • 823


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkili Şahin Seyidzadə bağçada uşağa göstərilən şiddətə münasibət bildirdi
  2. Həbsdəki icra başçısı namaza başladı – FOTO
  3. “Atəşgah Sığorta”-nın “atəşli” səyahət sığortası - Xaricdə “Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?
  4. Bazar gününə olan hava proqnozu açıqlanıb
  5. Prokurorluq Tofiq Yaqublu ilə bağlı məlumat yaydı:”özünü yumruqlayaraq…” – FOTO
  6. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  7. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  8. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  9. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  10. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI