Qadının yanaraq ölməsi faktı ARAŞDIRILIR

555 13-12-2021, 17:06 cemiyyet

Qadının yanaraq ölməsi faktı ARAŞDIRILIRGöygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.



Xeberdar.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.



Rəsmi məlumata görə araşdırma nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ