Vaksinasiya ilə bağlı son vəziyyət

532 15-12-2021, 19:51 cemiyyet

Vaksinasiya ilə bağlı son vəziyyətAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4286, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 550 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə 4 626 667 nəfər təşkil edir.

Ümumilikdə isə 1 205 114 “buster” doza vurulub.


Xeberdar.net

XƏBƏR LENTİ