Allahverdi Mirzəyev buna görə öldürülüb - Yeni sevgili, girov qoyulan evlər...

617 16-12-2021, 13:55 cemiyyet / kriminal

Allahverdi Mirzəyev buna görə öldürülüb - Yeni sevgili, girov qoyulan evlər...Bakıda kriminal aləm üzvlərinə yaxınlığı ilə tanınan və evinin həyətində öldürülən Allahverdi Mirzəyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, A.Mirzəyev uzun müddətdir ailəsi ilə problem yaşayırmış.

Yaxınlarının məlumatına görə, son dövrlər həyat yoldaşını incidən, ona əziyyət verən A.Mirzəyevin bu əməllərinə görə yaxınları ilə münasibətləri pozulub.
Qeyri-rəsmi münasibətdə olduğu qadına ev və maşın alması bu mübahisələri pik həddə çatdırıb. Buna görə həyat yoldaşı, oğlu və qaynı ilə tez-tez mübahisələri düşürmüş.
Allarverdi Mirzəyev özü bizneslə məşğul olub və sərnişindaşıma üçün bir neçə iritutumlu avtobusu olub. O, bir neçə şirkətlə əməkdaşlıq edərək bu avtobuslarla onların işçilərinin daşınmasını həyata keçirib.
Bir müddət öncə isə özünün və həyat yoldaşının evini banka girov qoyaraq yarım milyon manata yaxın kredit götürüb. Onun bir neçə il öncə münaqişə zəminində arvadına məxsus evi sökərək ona 50 min manat zərər vurmasına dair məlumatlar yayılıb.
Allahverdi Mirzəyev buna görə öldürülüb - Yeni sevgili, girov qoyulan evlər...
A.Mirzəyev hazırda həbsdə olan kriminal aləm üzvlərinə yardım göndərməklə tanınıb və onlara yaxın olduğu bildirilir. Özü isə bir neçə il əvvəl xuliqanlığa görə məhkum olunub və cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Mütəmadi olaraq davam edən və yığılıb böyük problemlərlə nəticələnən belə münaqişələr sonda qətllə nəticələnib. A.Mirzəyevin ailəsinə olan münasibəti həyat yoldaşının qardaşı Taryel Qurbanovun səbr kasasını daşırıb.

Dekabrın 10-da Taryel Qurbanov onun evinə gələrək həyətdə gözləyib. A.Mirzəyev 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman T.Qurbanov ov tüfəngi ilə onun çənəsindən atəş açaraq qətlə yetirib.Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayətdən sonra A.Mirzəyevin oğlunun da dayısına kömək etdiyi iddia olunur.

Məlumata görə, A.Mirzəyevin oğlu atasının qətlə yetirildiyi silahı gizlədib. Hazırda mərhumun oğlu cinayət məsuliyyətinə cəlb edilməsə də, istintaq bu iddiaları araşdırır.

Rəsmi açıqlamada da qətlin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunub.

XƏBƏR LENTİ