Nazirlik deputatla BAŞ EDƏ BİLMİR? - Arada qalan camaatdır...

487 17-12-2021, 12:23 cemiyyet

Nazirlik deputatla BAŞ EDƏ BİLMİR? - Arada qalan camaatdır...Dəfələrlə Lerik ərazisinə olan "Ləkərçay"ın və Masallı ərazisində olan "Viləşçay"ın yataqlarının qazılıb orada olan qrabil və qumların daşındığını xəbər portallarımızda qeyd etmişdik və aidiyyatı orqanlar tərəfindən bu barədə tədbir görülməsi üçün, hər hansı bir addım atılmamışdır. Xeberdar.net xəbər verir ki, xəbər verir ki, bu barədə "azinfo.tv"nin məlumatında deyilir.
"Ləkərçay"ın yatağı "Kaspi Yıldız" MMC tərəfindən qazılır, sonra isə qrabili götürülərək yaxınlığda kı, "daş emal"ı sexində üyüdülərək "çınqıl" halına salınaraq satıldığını qeyd etmişdik.
Bu məsələ mətbuatda işığlandırdığdan dərhal sonra, qazıntı işləri bir neçə günlük dayandırılmış və üç gün sonra əvvəl ki, qayda ilə yenə də hazırda davam etməkdədir.
Lerik rayon Qışlaq kənd sakini Kərimov Qalıb Ağəmməd oğlu redaksiyamıza yenə də videomüracət göndərərək orada olan "ekoloji terror"un dayandırılmasını Muxtar Babayevdən xahiş edir. Onun sözlərinə görə, hər gün "Ləkərçay"ın yatağı qazıllr və oradan qrabillər götürülərək yaxında kı, "daş emalı" sexində üyüdülərək "çınqıl" halına gətirib satılır. Hər dəfə bizim şikayətdən sonra Ekologiya Nazirliyindən nümayəndə gəlir və bir-iki günlük qazıntı dayanır və sonra yenə həmişə ki, kimi davam edir və sözügüdən çayın yatağı 18-20 metr dərinliyində qazılıb, bu isə bizim Region üçün böyük bir "ekoloji" fəlakətdir və biz buna göz yumub, biganə qala bilmərik.

Vətəndaş bu işin başında "Ekologiya Nazirinin müavini Vüqar Kərimov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Ekologiya Nazirliyinin işçisi Bəhruz Məmmədov və Milli Məclisin deputatı Iqbal Məmmədov durduğunu"- deyərək bildirir.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyini bu işlə niyə maraqlanmır?!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq

Xeberdar.net

XƏBƏR LENTİ