Kişi iki qadını girov götürüb

317 21-12-2021, 13:46 ---

Kişi iki qadını girov götürübOnun ədliyyə naziri ilə danışmaq istədiyi bildirilir

Fransa paytaxtı Parisin 12-ci dairəsində bıçaqlı kişi iki qadını girov götürüb.

Xeberdar.net-in məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Hadisə Aliqr küçəsində yerləşən mağazada baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 50 yaşlı kişi psixi pozğunluqdan əziyyət çəkir. Onun Fransanın ədliyyə naziri Erik Düpon-Moretti ilə danışmaq istədiyi bildirilir.

Hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi gəlib.

Xeberdar.net

XƏBƏR LENTİ