İran nüvə müzakirələrini davam etdirir

476 7-01-2022, 11:18 dunya

İran nüvə müzakirələrini davam etdirirVyanada müzakirələr təbii və yaxşı məcrada davam edir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Tvitter" səhifəsində yazıb.

O bildirib ki, görüşdə xoş atmosfer yaranıb: "Qərb ölkələri də yaxşı nəticə əldə etmək üçün xoş niyyət göstərməli və ciddi iradə ortaya qoymaldır".
Diplomat ABŞ-ın sanksiyaları ləğv etmək üçün ciddi zəmanət verməsinin zərurətini vurğulayıb: "Sanksiyaların həqiqətən ləğv edilməsinin əməldə nümunəsi İran neftinin heç bir maneəsiz satışı və gəlirinin ölkəyə maneəsiz çatıdırılmasıdır. ABŞ tərəfindən ümidverici mövqe sərgilənib, lakin önəmli olan əməl emtəkdir".

Xeberdar.net

XƏBƏR LENTİ