Ukraynadan çıxmaq istəyən azərbaycanlıların siyahısı hazırlanır

370 28-02-2022, 16:36 dunya

Ukraynadan çıxmaq istəyən azərbaycanlıların siyahısı hazırlanırMüharibənin ilk günündən Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının, soydaşlarımızın təxliyəsi üçün siyahı hazırlanır. Ən çox müraciət Kiyev, Xarkov, Odessa, Dnepr şəhərlərindəndir.



Xeberdar.net xeber verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.



Hazırda səfirlik təhlükəsizlik üçün vətəndaşlarımızn olduqları yerdə qalmalarını tövsiyə edir. Yollarda təhlükəsizlik problemi var, ancaq paralel olaraq təxliyə prosesləri gedir.



“Ukraynada əsas problem nəqliyyat və benzin ilə bağlıdır. Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor fəalları, SOCAR, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, Türkiyənin Azərbaycandakı səfirliyi koordinasiyalı şəkildə işləyir. Hazırda 1000-dən çox insan təxliyə olunmaq üçün səfirliyə müraciət edib. Təhlükəsizliyə zəmanət verildiyi halda, təxliyə prosesinə başlanılacaq”, - deyə məlumatda qeyd olunub.

Xeberdar.net

XƏBƏR LENTİ