Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTO

Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTODövlət Sərhəd Xidmətinin son günlərdə həyata keçirdiyi əməliyyatlarda külli miqdarda narkotik vasitə ələ keçirib.

DSX-dən bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Mart ayının 31-də saat 22:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə aşkarlanmış bir ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitəyə (5 kq 200 qram “marixuana”, 4 kq 200 qram “tiryək”, 1kq 100 qram “heroin”) bənzər maddələr və 2000 ədəd psixotrop tərkibli metadon M40 dərman preparatı aşkarlanaraq götürülüb.

Aprel ayının 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması müəyyənləşdirilib. Onun üzərindəki bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq 460 qram marixuana, 450 qram metamfetamin, 510 qram heroin, 4 kq 905 qram tiryək) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş şəkildə dərman preparatı aşkar olunaraq götürülüb.

Aprel ayının 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıb.

Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış bir ədəd bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə, 200 ədəd psixotrop tərkibli metadon M40 dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir./Moderator.az/
Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTO
Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTO
Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTO

Dövlət Sərhəd Xidməti İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib - FOTO

  • 5-04-2022, 10:52
  • 326


Oxşar mövzular
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI