4 Avropa ölkəsi prezidenti Kiyevdə - Almaniya Prezidentini isə Kiyevdə görmək istəmirlər

508 13-04-2022, 18:18 cemiyyet

4 Avropa ölkəsi prezidenti Kiyevdə - Almaniya Prezidentini isə Kiyevdə görmək istəmirlərPolşa Prezidenti Ancey Duda, Estoniya Prezidenti Alar Karis, Latviya Prezidenti Eqils Levits və Litva Prezidenti Qitanas Nauseda bu gün Kiyevə gəliblər.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Polşa sərhədindən paytaxta qatarla səfər edən prezidentlərin Volodimir Zelenski və digər rəhbər şəxslərlə görüşü planlaşdırılır.

“Litva, Estoniya və Polşa prezidentlərilə birgə bu gün Ukraynaya səfərimizi başlayırıq ki, bu qəhrəman xalqla və onun prezidentilə həmrəyliyimizi ifadə edək”.

Bunu Latviya Prezidenti Eqils Levits öz “tvitter” səhifəsində yazıb.

Xəbərdə bildirilir ki, bu, sözügedən ölkə başçılarının müharibə başlayandan sonra Ukraynaya ilk səfəridir. Son dəfə Duda və Nauseda müharibə ərəfəsində Kiyevə gəlmişdilər.

O da qeyd olunur ki, sözügedən səfərdə əslində, 5 ölkənin prezidenti iştirak etməli idi. Belə ki, heyətə Almaniya Prezidenti Frank-Valter Ştanmayer də qoşulmalı idi. Lakin Polşaya gələn Almaniya Prezidentini Ukrayna rəhbərliyi Kiyevdə görmək istəmədiyini bəyan edib.Bu səbəbdən Polşa Prezidentilə görüşən Ştanmayer geri qayıtmalı olub.

Mətbuat bildirir ki, Ukrayna tərəfinin bu qərarı Ştanmayerin uzun illərdir Putin yanlısı kimi tanınması ilə əlaqədardır. Həmçinin, Ukrayna bu səfərin Almaniya kansleri Olaf Şolts tərəfindən gerçəkləşməsində maraqlı olduğunu bildirib. Lakin Şolts hələ ki, Kiyevə gəlmək fikrində deyil.

4 Avropa ölkəsi prezidenti Kiyevdə - Almaniya Prezidentini isə Kiyevdə görmək istəmirlər
4 Avropa ölkəsi prezidenti Kiyevdə - Almaniya Prezidentini isə Kiyevdə görmək istəmirlər

XƏBƏR LENTİ