Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında toqquşma yaşanıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Ermənistanın Səhiyyə Nazirliyi toqquşmalarda 38 nəfərin yaralandığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin polis əməkdaşı olduğu qeyd edilib.
Polis aksiyanı dağıtmaq üçün səs qumbaralarından istifadə edib.