” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi “adlı lahiyə ilə bağlı təlim kecirildi

326 21-05-2022, 19:30 cemiyyet

” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi “adlı lahiyə ilə bağlı təlim kecirildiAzərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Göygöl rayonunda 2022 – ci il may ayının 16-da
” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə “Dünyanın təhsil sahəsində innovativ ,effektiv hesab edilən ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim Göygöl rayon Gənclər Mərkəzində məktəb müəllimlərinin ,mərkəzin əməkdaşlarının , litseyin tələbələrinin iştirakı ilə ilə keçirildi.

Tədbiri giriş sözü ilə ” El Gücü ” Beynəlxalq Humanitar Asosiasiyası İçtimai Birliyinin sədri , keçiriləcək layihənin rəhbəri Sara Məmmədova açdı .
O, tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda qısa məlumat verdi və bildirdi ki, keçirəcəyimiz təlim Göygöl rayononda gündə 3 saat olmaqla 5 gün( may ayının 16, 17 , 18, 19, 20 -si olmaqla) davam edəcək .
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma” texnologiyasının müəllimlərə öyrədilməsi adlı layihənin məqsədi ilə bağlı təlim iştirakçılarına məlumat verdi . Azerbaycan Respublikasının Dövlət himni səsləndirildi .Təlimə başlamazdan əvvəl
Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı söylənildi .
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi adlı təlimi aparmaq üçün sözü Bakı Amerika Mərkəzinin təlimçisi , bir çox beynəlxalq təşkilatlar tərəfindən verilmiş sertifikatların sahibi , ” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin Beynəlxalq Əlaqələrlə iş şöbəsinin müdiri , peşəkar təlimçi Ehtiram Məmmədova verdi .
Ehtiram Məmmədov ” Rəqəmsal Hekayadanışma ” Texnologiyasının müəllimlərə öyrədilməsi ilə bağlı təlimin incəlikləri , aparılması faydası , məqsədi ilə bağlı təlim iştirakçılarına ətraflı ,geniş məlumatlar verdi. Goygöl rayonunda aparılan təlim 5 gün uğurla davam etdi .
Hər təlim arası fasilədə təlim iştirakçıları çay, kofe ,şirniyyat süfrəsinə dəvət olundular . 20- may 2022 – ci il tarixdə təlim nəticəli olaraq müvəffəqiyyətlə başa çatdı . Layihənin rəhbəri Sara xanım layihənin keçirilməsində dəstəyi olan Göygöl rayon İcra Hakimiyyətinin rəhbəri başda olmaqla İcra Hakimiyyətinin əməkdaşlarına xüsusi ilə İcra başçısının müavini Kəmalə xanıma , Goygöl Gənclər Mərkəzinin rəhbəri Şəhriyar müəllim başda olmaqla Mərkəzin bütün əməkdaşlarına Təşkilatın İdarə Heyəti adından təşəkkür etdi . Təlimdə iştirak edən müəllimlər ,təlim iştirakçıları adından Sara xanıma və Ehtiram müəllimə təşəkkür etdilər . Sonda təlimdə fəal iştirak edən təlim iştirakçıları ” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin rəhbəri tərəfindən Sertifikatla təltif olundular ” .
Arbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhər ,Göranboy , Göygöl rayonlarında layihə əsasında keçirdikləri təlim may ayının 20 – sində nəticəli olaraq uğurla başa çatdı .


” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi “adlı lahiyə ilə bağlı təlim kecirildi



XƏBƏR LENTİ