İran televiziyası Qərb diplomatlarının həbsi ilə bağlı görüntüləri yaydı

İran televiziyası Qərb diplomatlarının həbsi ilə bağlı görüntüləri yaydı İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir neçə Qərb diplomatı “casusluq” edərkən tutulublar.

“Azad İran” “Telegram” kanalı bu barədə SEPAH-a yaxın media qurumlarının iddiasına əsasən xəbər yayıb.

İddiaya əsasən, Britaniyanın İrandakı səfirinin müavini və Avstriyanın Tehrandakı mədəniyyət müşavirinin xanımı da tutulanlar arasındadır. Yerli xəbər agentliyi xarici diplomatların Kirman əyalətinin Şəhdad səhrası adlanan bölgəsində həbs edildiyini yazıb. Eyni zamanda, iddia edib ki, xarici diplomatlar kəşfiyyat məqsədi ilə SEPAH-ın dronlarını izləyiblər.

Sözügedən diplomatların “İranın raket təlimlərinin keçirildiyi yerin yaxınlığında kəşfiyyat fəaliyyətləri həyata keçirmək” ittihamları ilə həbs olunduqları bildirilir.

Həmçinin vurğulanır ki, guya onlar qadağan olunmuş əraziyə daxil olaraq torpaqdan nümunə götürmək istəyiblər.

Britaniya hökuməti İran mediası tərəfindən yayılan bu xəbərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Xeberdar.net

İran televiziyası Qərb diplomatlarının həbsi ilə bağlı görüntüləri yaydı

  • 7-07-2022, 10:48
  • 582


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  3. Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi sənədli film çəkir
  4. Meksikada zəlzələ baş verib
  5. Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
  7. İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
  8. Uqandada eboladan 11 nəfər ölüb
  9. Bakıda minik avtomobili yandı - 1 nəfər zəhərləndi
  10. İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI