Livanda ölənlərin sayı 900-ü ötdü

14 Bu gün, 20:26 dunya

Livanda ölənlərin sayı 900-ü ötdüBu günə qədər İsrail ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb.

Xeberdar.net xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

"Martın 2-dən 17-dək İsrailin Livana endirdiyi zərbələr 912 nəfərin həyatına son qoyub, 2221 nəfər isə yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması genişmiqyaslı humanitar böhrana gətirib çıxarıb - yüz minlərlə insan məcburi olaraq evlərini tərk edir.

XƏBƏR LENTİ