İran İsrailin növbəti F-16 qırıcısını vurdu

12 Bu gün, 16:39 dunya

İran İsrailin növbəti F-16 qırıcısını vurduİranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin sayca üçüncü – F-16 qırıcısını vurduğunu bəyan edib.

Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qırıcı bu gün səhər saatlarında İran səmasında aviakosmik qüvvələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

"Müharibənin ilk 3 həftəsi ərzində düşmənin pilotsuz uçuş aparatları, qanadlı raketləri, yanacaqdoldurma təyyarələri və ən müasir qırıcıları da daxil olmaqla 200-dən çox uçuş aparatının uğurla ələ keçirilməsi İranın hava hücumundan müdafiəsinin gücləndiyini nümayiş etdirir", - mətbuat xidmətindən bildirilib.