"Rusiya Donbasda 3 istiqamətdə hava hücumuna başlayıb" - Ukrayna Baş Qərargahı

"Rusiya Donbasda 3 istiqamətdə hava hücumuna başlayıb" - Ukrayna Baş Qərargahı“Siversk istiqamətində Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətini raket artilleriyasından və minaatanlardan atəşə tutub. Onlar Xarkov istiqamətində isə müdafiə əməliyyatlarını davam etdirirlər”.

Xeberdar.net məlumat verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
“Düşmən bir çox əraziləri artilleriyadan atəşə tutub. Petrivka yaxınlığında hava hücumu olub. Ukrayna hərbçiləri qarşı tərəfin Dementivka istiqamətində hücum cəhdini qətiyyətlə dəf ediblər. Boqorodiçne rayonunda düşmən növbəti hücum cəhdi zamanı itki verərək geri çəkilib. Baxmut istiqmətində düşmən bəzi ərazilərdə yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutub”, - məlumatda bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Veselaya Dolina istiqamətində və Spirne qəsəbəsi ərazisində irəliləyir: “Qarşı tərəf Vasilivka, Avdiivka, Novoselivka yaxınlığında hava hücumlarına başlayıb”.

"Rusiya Donbasda 3 istiqamətdə hava hücumuna başlayıb" - Ukrayna Baş Qərargahı

  • 8-07-2022, 09:00
  • 561


Oxşar mövzular
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI