Şoyqu general Muradovu Ukraynaya göndərdib - Ona bu bölmələri məhv etmək göstərişi verdi

Şoyqu general Muradovu Ukraynaya göndərdib - Ona bu bölmələri məhv etmək göstərişi verdi44 günlük Vətən müharibəsindən sonra Rusiyanın Qarabağa göndərdiyi sülhməramlı hərbi kontingentə rəhbərlik etmiş general Rüstəm Muradov Ukrayna döyüşlərinə göndərilib.

“AzPolitika.info” xəbər verir ki, bu fakt Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı hərbi əməliyyatlara cəlb edilən “Vostok” hərbi kontinqentinə baş çəkərkən məlum olub.

Sergey Şoyqunu komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov qarşılayıb.
R.Muradov Rusiyanın müdafiə nazirinə döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib.

Müdafiə naziri Rüstəm Muradova Ukrayna ordusunun Donbas istiqamətində atışlar icra edən uzun mənzilli artilleriya və raket bölmələrini məhv etmək göstərişi verib.

Qeyd edək ki, “Vostok” hərbi birləşməsinə Rüstəm Muradovun rəhbərlik etməsi barədə əvvəllər məlumat verilməyib. Rüstəm Muradov 2019-cu ilin yanvar ayından Rusiya ordusunun Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsində çalışır.

Xatırladaq ki, Rüstəm Muradov 2020-ci ilin noyabrın 11-dən 2021-ci ilin sentyabrın 9-na qədər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsində çalışıb.

Şoyqu general Muradovu Ukraynaya göndərdib - Ona bu bölmələri məhv etmək göstərişi verdi

  • 18-07-2022, 13:29
  • 919


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  5. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI