Şərur sakini: "Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığb aparıb çölə tökdülər"."

Şərur sakini: "Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığb aparıb çölə tökdülər"."Şərur rayon Düdəngə kənd sakini Kazım Qurbanov mülkiyyət hüququnun pozulduğunu bildirir. Şikayətçinin sözlərinə görə, onun evinin darvazası və həyətinin hasarı məhkəmə qərarı olmadan sökülüb. Bu işə isə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsi rəhbərlik edib. Kazım Qurbanov "Gündəlik Naxçıvan"a bildirib ki, indi Torpaq İdarəsinin 4 il əvvəl ona verdiyi sənədi də ondan geri istəyirlər:
" 30 il əvvəl tikilmiş qanuni sənədli bu ev, bu həyət nənəmdən mənə qalıb. 4 il əvvəl Şərur Rayon Torpaq idarəsi evin və torpaq sahəsinin sənədini yenilədi. Mənə plan və reyestrdən çıxarış verdi. Bu ilin yanvar ayında mənə məktub yazıb, verdikləri sənədi geri verməyimi tələb etdilər. İmtina edib vermədim. Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığb aparıb çölə tökdülər".
O deyir ki, baş verənlərlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də dərdinə çarə tapılmayıb:
"İki dəfə Naxçıvan Ali Məclisinə şikayətə getmişəm, iki dəfə də teleqram vurmuşam. Bircə dəfə həyətə gəlib soruşublar ki, “Kazım kimdir?", demişəm mən. Çıxıb gediblər, heç bir tədbir də görülməyib. Əgər qanunsuzluq varsa versinlər məhkəməyə, məhkəmədə görüşək. Mən başa düşə bilmirəm ki, qanunsuzdursa 4 il əvvəl həmin idarə bu sənədləri mənə niyə verirdi, qanunsuz deyilsə, məndən niyə geri istəyir. Mətbuat vasitəsi ilə Ali Məclisin Sədri Cənab Vasif Talıbovdan kömək istəyirəm. Məni rahat yaşamağa qoymurlar".
Məsələyə münasibət öyrənmək üçün əlaqə saxladığımız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsindən bu haqda danışmaq istəmədilər.

xeberdar.net

Şərur sakini: "Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığb aparıb çölə tökdülər"."

  • 21-07-2022, 13:06
  • 875


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin nəticələri açıqlanıb
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI