Bu ilin 6 ayında 35 mindən çox şəxsə əlillik təyin edilib

782 22-07-2022, 16:20 cemiyyet

Bu ilin 6 ayında 35 mindən çox şəxsə əlillik təyin edilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-iyun ayları ərzində 35 300 şəxsə əlillik təyin edib.

Nazirlikdən verilən məlumata görə, onlardan 11 mini ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Həmçinin müvafiq dövr ərzində 19 min 300 şəxsə reabilitasiya xidməti göstərilib, 6 min 702 şəxsə 29 min 300 reabilitasiya vasitəsi verilib.

XƏBƏR LENTİ