Bakıda güclü yanğın başladı - YENİLƏNİB (VİDEO)

615 1-08-2022, 11:21 hadise

Bakıda güclü yanğın başladı - YENİLƏNİB (VİDEO)Bakıda qamışlıq ərazi yanır.

Bu barədə 32gun.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***10:00

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.

32gun.az bildirir ki, bu barədə məlumatı sfera.az yayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

XƏBƏR LENTİ