Sabunçuda 39 yaşlı kişi üzərindəki qumbaranı partladıb

529 24-08-2022, 08:30 kriminal

Sabunçuda 39 yaşlı kişi üzərindəki qumbaranı partladıbBakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş ilə tələb edib.

Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.

XƏBƏR LENTİ