DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO

DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTOBu günlərdə “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri, Dünyaxanım Əliyeva və Qax rayon Sədri Solmaz Əfəndiyeva Şuşa Fatehi İgid Şəhidimiz Asəf Abid oğlu Ağayevin evində qonaq olduq.Şəhidimizin Atası,gözəl insan,dəyanətli El atası Abid Agayevlə görüşüb xeyli söhbətləşdik.Şəhidimiz Asəfin nənəsi Səyyarə nənə nəvəsi Asəf haqqında şirin xatirələrindən danışdı.Abid Ata oğlu Asəfin hələ erkən yaşlarından hərbi sahəyə olan həvəsindən böyük həvəslə və qürurla Vətən uğrunda,onun itirilmiş torpaqlarının düşmən işğalından azad olunması uğrunda həlak olan igid,cəsarətli,mətin və vətənpərvər övladından fəxarətlə,ağız dolusu söhbət açdı.İgid və Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayev haqqında şirin və kövrək xatirələrini bizimlə bölüşən zaman Mərd Asəfimizin Atası Abid kişinin,nənəsi Səyyarə xanımın acı göz yaşlarını görmək çox ağrılı idi.

Göydə yanan ulduzlar,
Şəhidlərdir, Şəhidlər.
Düşən axşam, sabahlar,
Şəhidlərdir, Şəhidlər.

Parlaq yanan çıraqlar,
Şəhidlərdir, Şəhidlər.
And yerim, qürur yerim,
Şəhidlərdir, Şəhidlər.

Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir.Bu yüksək zirvəyə ucalan hər kəs cənnətlə mükafatlandırılır.Şəhidlik zirvəsinə ucalan insanlar heç zaman ölmürlər, əksinə öz ölümləri ilə əbədi ölməzlik qazanırlar.
Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək:
…Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi Şəhidlər.

Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. İgid Vətən Övladları olan Şəhidlərimizin hər biri Vətən uğrunda,onun düşmən tapdağı altında inləyən əzəli və əbədi torpaqları uğrunda öz canı, qanı bahasına şərəfli ölümləri ilə ömürdən sonrakı həyatlarını böyük cəsarət və igidliklə qazana bildilər.
Şuşa Fatehi,ürəyi hər zaman Vətən sevgisi ilə döyünən,Şanlı Vətənimizi həmişə azad,firavan görmək istəyi ilə vuruşan, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Xüsisi Təyinatlı Qoşun növünün Baş Leytenantı,Vətən Müharibəsi Şəhidi Asəf Abid oğlu Ağayev kimi.
Şuşa Fatehi Asəf Abid oğlu Ağayev 1993-cü ilin 24 noyabrında Qax şəhərində doğulub.Erkən yaşlarında hərbi sahəyə böyük maraq göstərib.Bu yerdə atalar gözəl deyib:” niyyətin hara,mənzilin ora”.Səhid Asəf Abid oğlu Ağayev 2020-ci ilin sentyabr ayının 27-də başlayıb həmin ilin 8 noyabrında başa çatan, 44 gün davam edən və Böyük Zəfərlə yekunlaşan Vətən Müharibəsində xüsusi xidmətləri ilə həmişə fərqlənib.Şuşanın işğaldan azad olunmasında Asəf Abid oğlu Ağayev böyük fədakarlıq nümunəsi nümayiş etdirib.Böyük Zəfər sevincini əks etdirən Hərbi nümayişdə iştirak etdikdən sonra yenidən cəbhə bölgəsinə qayıdan İgid,Qəhrəman Şəhidimiz Asəf Abid oğlu Ağayev 2020-ci ilin 17 dekabrında (27 yaşında) Xocavənd istiqamətində minaya düşərək ən uca zirvə olan Şəhidlik zirvəsinə ucalıb.
Şuşa Fatehi Asəf Abid oğlu Ağayev ölümündən əvvəl və sonra hərbi təltiflərə layiq görülüb.
1.”Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə,
2.”Cəbrayılın azad olunmasına görə” medalı ilə,
3.”Şuşanın azad olunmasına görə” medalı ilə,
4.”Xocavəndin azad olunmasına görə” medalı ilə,
5.”Hərbi xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli medal” ilə,
6.”Füzulinin azad olunmasına görə” medalı ilə,
7.”Vətən uğrunda” medalı ilə,
8.”Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdu.

“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Əfəndiyeva.


DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO
DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO

DAUİB-yi Qəhrəman Şəhidimiz,Şuşa Fatehi Asəf Ağayevin Atası Abid oğlu Ağayevin evində qonaq olub+FOTO

  • 2-09-2022, 12:41
  • 1 151


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  5. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI