RUSİYA ORDUSUNA AĞIR ZƏRBƏ VURULDU - Ukrayna ordusu Xarkov istiqamətində də hücuma başladı + VİDEO

534 6-09-2022, 18:34 dunya

RUSİYA ORDUSUNA AĞIR ZƏRBƏ VURULDU - Ukrayna ordusu Xarkov istiqamətində də hücuma başladı + VİDEOUkrayna ordusunun cənubdakı əsas hədəfi bəlli olub. Ukrayna mediası xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.

"Bu günün əsas vəzifəsi Xerson vilayətində Rusiya ordusunun maddi-texniki təminatı və düşmən qüvvələrinin logistika imkanlarının yox edilməsidir. Daha sonra müvəqqəti işğal olunmuş ərazilərimizi metr-metr azad edərək irəliləmək lazımdır. Baş Qərargah vəziyyətə tam nəzarət edir və daim ictimaiyyəti məlumatlandırır", - deyə Ukrayna rəsmisi söyləyib.

Sergey Bratçukun sözlərinə görə, çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələri rusların Çernobayevka və Qolaya Pristandakı mövqelərini vurub, Novaya Kaxovka və Kaxovka rayonunda, o cümlədən Tomina Balka ərazisində Rusiya Federasiyasının bir çox hərbi texnikasını yox edib.

Ukrayna ordusu Xarkov vilayətində də hücuma başlayıb. İzyum və Balakleya şəhərləri istiqamətində irəliləyişlərin olduğu bildirilir. Ukrayna komandanlığı əməliyyatları mümkün olduğu qədər informasiya səssizliyi şəraitində aparır və nəticələr barədə rəsmi açıqlama yaymır.



XƏBƏR LENTİ