Valideynlər Xoreoqrafiya Akademiyasından prezidentə şikayət etdi- Akademiyada milli rəqsimizə qənim kəsilən kimlərdir?

Valideynlər Xoreoqrafiya Akademiyasından prezidentə şikayət etdi- Akademiyada milli rəqsimizə qənim kəsilən kimlərdir?

Xoreoqrafiya Akademiyasının orta təhsil pilləsinin Milli rəqs şöbəsində təhsil alan uşaqların valideynləri ölkə başçısı cənab İlham Əliyevə və bir sıra nazirliklərə şikayət məktubu ünvanlayıblar. Həmin şikayət məktubunu saytımıza da təqdim ediblər. Məktubu oxuculara təqdim edirik:

“Hörmətli Cənab Prezident, Cənablar və Xanımlar !

Bildiririk ki, övladımız Bakı Xoreoqrafiya Akademiyasının orta təhsil pilləsinin Milli rəqs şöbəsində təhsil alırlar. Bu il onlar 10-cu sinifdə oxumalıdır. Lakin akademiyanın rektoru Nailə Məmmədzadə bu il Azərbaycan bölməsində uşaq az olduğunu (4 şagird) əsas gətirərək övladımızın oxuduğu bölmə üzrə qrup açmayacağını bildirir.
Qeyd etmək istəyirik ki, Bakı Xoreoqrafiya Akademiyası xüsusi təhsil sahəsi olduğundan həmin məktəbdə ümumiyyətlə təhsil alan şagirdlərin sayı həmişə az olub. Belə ki, keçən il ümumilikdə sinifdə 9 şagird olub.
Həmçinin bildirmək istəyirik ki, keçən il ərzində akademiyanın rektoru Nailə Məmmədzadənin göstərişi ilə məktəbin müəllimləri Kəmalə Əliyeva dərs saatlarında uşaqların iştirakı üçün hər uşaqdan rəqs dərsinə görə 30 manat, bəzi fən dərsləri üçün isə 70 manat pul almışlar. Eyni zamanda Nailə Məmmədzadənin göstərişi ilə yay məktəbi üçün hər bir şagirddən 80 manat pul alınmışdır.
Bildirmək istəyirəm ki, övladlarımız kiçik yaşlarından rəqslə məşğul olur, bu günə qədər müxtəlif dövlət tədbirlərində müvəffəqiyyətlə iştirak etmiş, həmçinin müxtəlif səviyyələrdə dəfələrlə mükafatlandırılmışlar.
Xahiş edirik ki, övladlarımızın gələcəyi və təhsildən yayınmasının qarşısının alınması üçün Bakı Xoreoqrafiya Akademiyasının orta təhsil pilləsinin Milli rəqs şöbəsində Azərbaycan bölməsi üzrə qrup açılmasına köməklik göstərəsiniz.

Hüseynova Ramilə Fazil qızı
Səfərova Mətanət Vaqif qızı
Kərimova Cəmala Mamed qızı

08.09.2022 ”

Xeberdar.net

Valideynlər Xoreoqrafiya Akademiyasından prezidentə şikayət etdi- Akademiyada milli rəqsimizə qənim kəsilən kimlərdir?

  • 9-09-2022, 09:40
  • 1 162


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  5. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI