BAYDEN DƏ ƏRDOĞANIN ÇAĞRIŞINA QOŞULDU... - BMT Təhlükəsizlik Şurasını genişləndirmyə çağırdı

BAYDEN DƏ ƏRDOĞANIN ÇAĞRIŞINA QOŞULDU... - BMT Təhlükəsizlik Şurasını genişləndirmyə çağırdı“ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, BMT-nin müasir dünyanın tələblərinə daha effektiv cavab verəcək daha əhatəli bir təşkilata çevrilməsinin vaxtı çatıb.

“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Amerika lideri bildirib.

Qeyd edək ki, bu gün yalnız ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Xatırladaq ki, bu təkliflə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə lideri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin vaxtının çatdığını vurğulayıb. “Dünya beşdən böyükdür” - deyən Ərdoğan qeyd edib ki, ötən əsrdən fərqli olaraq hazırda dünyada beynəlxalq vəziyyət dəyişib.

BAYDEN DƏ ƏRDOĞANIN ÇAĞRIŞINA QOŞULDU... - BMT Təhlükəsizlik Şurasını genişləndirmyə çağırdı

  • 21-09-2022, 21:35
  • 293


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə ikinci ustad dərslərini keçdi
  3. Bakıda 2 yeniyetmə qız itkin düşüb
  4. "Rusiyanın yeni əsgərləri "süngü üçün yağ" olacaq..."
  5. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı səviyyəsinə çatıb
  6. Azərbaycan nefti bahalaşıb
  7. “From class to SPACE-sinifdən KAİNATA" fərdi layihəsinin açılış mərasimi keçirilib
  8. Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
  9. İlham Əliyev Bolqarıstana rəsmi səfərə gedib - Fotolar
  10. Baş Prokurorluq: “Ukraynada müharibədə 397 uşaq həlak olub”
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI