Məşhur polkovnik Rəşad Məlikzadə HƏBS EDİLDİ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.
Xeberdar.net APA-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xeberdar.net

Məşhur polkovnik Rəşad Məlikzadə HƏBS EDİLDİ

  • 28-09-2022, 12:28
  • 398


Oxşar mövzular
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI